Azərbaycana dərman ləvazimatlarının gətirilməsi azalıb  

17:40 - 22.05.2025


22 May, Fineko/abc.az. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 166 milyon 804 min ABŞ dolları dəyərində 7 min 497 ton əczaçılıq məhsulları idxal edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcm baxımından 2024-cü ilin ilk 4 ayı ilə müqayisədə 17 77 ton və ya 19.2%, məbləğ baxımından isə 1 milyon  684 min dollar və ya 1% azdır.

Ötən ilin yanvar-aprel aylarında Azərbaycan 168 milyon 488 min ABŞ dolları dəyərində 9 min 274 ton əczaçılıq məhsulları idxal etmişdi.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 2.05%-ni təşkil edib.