11:43 - 23.05.2025
23 May, Fineko/abc.az. Türkdilli ölkələr Qarabağda elektroenergetika sahəsində aparılan genişmiqyaslı islahatlarla maraqlanırlar.
Bu barədə səhmdar cəmiyyətinin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə məlumat verib.
"Azərişıq" ASC-nin qarşısında duran əsas məqsəd işğaldan azad edilmiş əraziləri qısa müddət ərzində keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir. Bizim innovasiya texnologiyalarının, xüsusilə "smart texnologiyalar"ın tətbiqi üzrə türkdilli dövlətlərə bir neçə səfərimiz, onlarla təcrübə mübadiləmiz olub. Bundan başqa, onlar bizdən "yaşıl texnologiyalar"ın tətbiqi üzrə təcrübə mübadiləsinin həyata keçirilməsini istəyiblər. Biz bu ölkələrin nümayəndə heyətlərini Azərbaycana səfərə dəvət etmişik. Onların yaxın aylar ərzində Azərbaycana səfərini gözləyirik. Türkdilli ölkələri xüsusilə Qarabağda elektroenergetika sahəsində aparılan genişmiqyaslı islahatlar maraqlandırır", - deyə o qeyd edib. ( Report.az)
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
18 İyun 2025