Neft ucuzlaşır, Brent bir barelə $64,12 təşkil edir

09:30 - 23.05.2025


23 may, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neftin iyul fyuçersləri ICE Futures birjasında qiyməti saat 09:25-ə olan məlumata görə, $0,32 (0,50%) azalaraq bir barel üçün $64,12-a düşüb. Mayın 22 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin iyul fyuçersləri $0,47 (0,72%) azalaraq bir barel üçün $64,44-a enib.

Saat 09:25-ə qədər NYMEX əmtəə birjasının ticarətində  WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,32 (0,52%) azalaraq bir barel üçün $60,88-a düşüb. Mayın 22 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul ayı üçün fyuçersləri $0,37 (0,60%) ucuzlaşaraq bir barel üçün $61,20-a düşüb.