Azərbaycan Mərkəzi Bankının əmlakının dəyəri 52 % artıb

10:50 - 23.05.2025


23 may, Fineko/abc.az. Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) torpaq, tikili və avadanlıqlarının dəyəri 538,037 milyon manat olub.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında deyilir.

Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 52,2 % çoxdur.