11:18 - 23.05.2025
23 may, Fineko/abc.az. Biz kapital bazarlarında süni intellektin aktivləşməsi, rəqəmsallaşması və bir çox funksiyanın avtomatlaşdırılması trendlərini görürük.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Maliyyə İnnvestisiya Forumunda çıxışı zamanı Mərkəzi Bankın Baş direktoru Tərlan Rəsulov bildirib.
Son dövrlər ölkəmizin kapital bazarlarının inkişafını sevindirici hal kimi dəyərləndirən AMB Baş Direktoru qeyd edib ki, kapital bazarlarının inkişafı əsas strategiya kimi nəzərə alınıb:
"Mərkəzi Bank olaraq ölkənin maliyyə sektorunun inkişaf strategiyasında ciddi işlər görürük. Son 2-3 ildə aparılan işlər layihələr çərçivəsində əhəmiyyətli irəliləyiş olmuşdur. Rəqəmsal platformaların inteqrasiyası təmin edilib, kəmiyyət göstəricilərinə gəldikdə ticarət 26 dəfə artıb. Qiymətli kağızlar bazarında isə 62 faiz artım nəzərə çarpıb. Digər tərəfdən qiymətli kağızlar bazarı beynəlxalq standartlara və yerli bazara uyğunlaşdırılması işlərinə start verilmişdir".
Müəllif: Elmir Murad
13 İyun 2025
13 İyun 2025