Zaur Fətizadə: "Auditor hesabatlarında ƏL/TM riski ilə bağlı qeyd və tövsiyələr standartlaşdırılmalıdır"

11:30 - 23.05.2025


23 may, Fineko/abc.az. “Son illərdə Azərbaycanda nəzarət orqanlarının fəaliyyətində cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması və terrorizmin maliyyələşdirilməsi (ƏL/TM) ilə mübarizə əsas istiqamətlərdən birinə çevrilib.”

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Monitorinq Xidmətinin İdarə Heyətinin sədri Zaур Fətizadə beynəlxalq elmi-praktik konfransda bildirib.

O qeyd edib ki, ƏL/TM ilə mübarizə yalnız hüquq-mühafizə və maliyyə sektorunun işi deyil, həm də dövlətin hüquqi dayanıqlığı, iqtisadi təhlükəsizliyi və beynəlxalq nüfuzu üçün vacib amildir. Bu proseslər korrupsiya, kölgə iqtisadiyyatı, münaqişələr və sosial sabitlik risklərini daşıyır.

Onun sözlərinə görə, Azərbaycanda dövlət strukturlarının koordinasiyası gücləndirilib, risk əsaslı yanaşma tətbiq olunur, beynəlxalq əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi genişləndirilib. Həmçinin, maliyyə təhlilinin rolu artmaqda, bu təhlil araşdırmaların başlanğıcı üçün əsas mənbədir.

Fətizadə auditor nəzarətinin gücləndirilməsinin vacibliyini vurğulayıb: auditorlar yalnız şəffaflığı təmin etməli deyil, həm də riskləri öncədən müəyyən etməlidirlər. O, auditor hesabatlarında ƏL/TM riskləri ilə bağlı qeyd və tövsiyələrin standartlaşdırılmasını tələb edib.

Sonda qeyd edib ki, mübarizənin uğuru təkcə mexanizmlərdən deyil, onların arxasında dayanan peşəkarların vicdanı, təcrübəsi və fədakarlığından asılıdır.