11:37 - 23.05.2025
23 may, Fineko/abc.az. 2018-ci ildən etibarən "Azərbaycan Respublikasının dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli Strategiya"nın uğurlu icrası nəticəsində dövlət istiqrazları bazarı təxminən 9 dəfə artaraq 9 milyard manat həcmə çatıb.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov deyib.
O xatırladıb ki, dövlət qiymətli kağızlar bazarının nəzərəçarpacaq artımı 2018-ci ilə təsadüf edir: "Həmin il Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının dövlət borcunun idarə olunmasına dair orta və uzunmüddətli Strategiya" sənədi qəbul edilmişdir. Strategiyanın əsas istiqamətlərindən biri daxili maliyyə bazarlarının inkişaf etdirilməsi, xarici borcun tədricən azaldılması fonunda daxili borclanmanın artırılması və dövlət qiymətli kağızları bazarının genişləndirilməsi olmuşdur" - deyə Azər Mürsəqulov bildirib.
12 İyun 2025
12 İyun 2025
12 İyun 2025
10 İyun 2025
12 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025