11:51 - 23.05.2025
23 may, Fineko/abc.az. "2018-ci ildən etibarən strategiyanın uğurlu icrası nəticəsində dövlət istiqrazları bazarı təxminən 9 dəfə artaraq 9 milyard manat həcmə çatmışdır. "Dövlət istiqrazları bazarının inkişafı təkrar bazar və repo bazarı kimi digər ikinci dərəcəli maliyyə alətlərinin də genişlənməsinə səbəb olub. Belə ki, bu dövr ərzində təkrar bazar 5 dəfə, repo əməliyyatlarının həcmi isə təxminən 60 dəfə artıb.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov deyib. O qeyd edib ki, əvvəllər dövlət qiymətli kağızlarının əsas investorları banklar və sığorta şirkətləri idisə, son dövrlərdə investor bazasında həm institusional, həm korporativ investorlar, eləcə də fiziki şəxslər, o cümlədən xarici vətəndaşlar da iştirak etməyə başlayıb.
"Bu, bazarın daha da dərinləşməsinin və genişlənməsinin göstəricisidir. Bu kontekstdə, vasitəçi şirkətlərin rolu da xüsusi qeyd olunmalıdır. Çünki onlar investorlarla qiymətli kağızlar bazarı arasında effektiv əlaqə yaradılmasına yardım edir və bazar iştirakçılığını təmin edirlər", - deyə A. Mürsəqulov vurğulayıb.
Müəllif: Elmir Murad
19 İyun 2025
19 İyun 2025
17 İyun 2025