14:21 - 23.05.2025
23 may, Fineko/abc.az. 2030-cu ildə Azərbaycanda ayrıca islam bankları fəaliyyətə başlaya bilər.
Bunu ABC.AZ-a açıqlamasında ekspert Ruslan Atakişiyev deyib. O qeyd edib ki, sözügedən məsələ ilə bağlı hazırda müəyyən işlər aparılır.
Bankların adını açıqlamayan ekspert bildirib ki, birinci mərhələdə bununla bağlı pəncərə sistemi həyata keçiriləcək:
"Bu banklar ilk olaraq pəncərə sistemi, yəni şöbələr kimi fəaliyyətə başlayıb. Hal-hazırda Sandbox çərçivəsində İslam maliyyə məhsulu təqdim etmək istəyən maliyyə qurumlarının da müraciətlərinə baxılır. Ümid edilir ki, Mərkəzi Bankın Sandbox çərçivəsinə uyğun gələn alətin fəaliyyətinə icazə verilsin. Bu sınaq mərhələsi uğurlu olduqda Pəncərə modellərinin genişlənməsinə şərait yaradar ki, nəticədə ayrıca bankların formalaşması üçün baza təşkil oluna bilər".
Müəllif: Elmir Murad
12 İyun 2025
12 İyun 2025
12 İyun 2025
10 İyun 2025
12 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025
10 İyun 2025