15:28 - 23.05.2025
23 may, Fineko/abc.az. Tokio xarici düyünün bazarda üstünlük qazanmasının qarşısını almaq üçün bazara inzibati nəzarət tətbiq edəcək.
ABC.AZ-ın məlumatına görə, kənd təsərrüfatı naziri Şindziro Koidzumi qiymətlərin endiriləcəyini və dövlət ehtiyatlarından düyünün birbaşa satışının təmin olunacağını bildirib.
Fövqəladə hallarda düyünün bölüşdürülməsi üçün əvvəlki hərrac üsulu ləğv edilir, iyuldan etibarən ayda 100 min ton düyü buraxılacaq.
Daha əvvəl ehtiyatlardan istifadə cəhdləri mürəkkəb bölüşdürmə mexanizminə görə effekt verməyib.
Qiymət artımının səbəbi isə isti havaya görə məhsulun zərər görməsi və turizm bumu ilə bağlı tələbatın artmasıdır. Yuxarı palataya seçkilər iyulda keçiriləcək.
13 İyun 2025
13 İyun 2025