16:15 - 23.05.2025
23 may, Fineko/abc.az. Pambığın alqı-satqı prosesinin daha şəffaf və effektiv şəkildə həyata keçirilməsi məqsədilə elektron sənədləşdirmə sisteminin tətbiqi nəzərdə tutulur. Pambıq məhsulunun qəbulu və satışı kağız daşıyıcılarda olan “pambıq qəbulu qəbzi” ilə deyil, elektron qaimə-fakturalar və ya malların alış aktları vasitəsilə rəsmiləşdiriləcək. Qeyd edilən sənədlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1 və 71-2-ci maddələrinin tələblərinə uyğun olaraq tərtib ediləcək.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin mayın 23-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Pambıqçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, pambığın təhvil verilməsi xüsusi seriyalı ciddi hesabat blankı – pambıq qəbulu qəbzi vasitəsilə sənədləşdirilir. Bu sənəd Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş forma və rekvizitlər əsasında hazırlanır və satıcı ilə alıcı arasında hesablaşmaların hüquqi əsası sayılır. Yeni hüquqi mexanizm isə bu ənənəvi sənədin ləğvini və alqı-satqının tam elektron mühitdə aparılmasını hədəfləyir.
20 İyun 2025
20 İyun 2025
20 İyun 2025
18 İyun 2025