Tramp "Apple" şirkıtinə xəbərdarlıq etdi

16:21 - 23.05.2025


23 may, Fineko/abc.az. "Apple" iPhone istehsalını ABŞ-dan kənards dayandırmasa, ən azı 25% tariflərlə üzləşəcək.

ABC.AZ xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, bu barədə Tim Kuka çoxdan bildirib.

"iPhone-ların Hindistanda və ya başqa yerdə deyil, ABŞ-də istehsal olunmağını və yığılmağını gözləyirəm”, – deyə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, ABŞ lideri həmçinin Avropa İttifaqına (Aİ) qarşı 50% rüsum tətbiq etməyi təklif edib.

“Brüssellə iş aparmaq çətindir, ticarət danışıqları heç bir nəticə vermir”, – Tramp əlavə edib.