16:29 - 23.05.2025
23 may, Fineko/abc.az. 2027-ci ilə qədər BƏƏ-nin paytaxtında ilk tamamilə süni intellektlə idarə olunan Aion Sentia şəhəri meydana gələcək.
ABC.AZ xəbər veror lo, inqilabi layihə 3,3 milyard dollar həcmində qiymətləndirilir.
"Söhbət rəqəmsal şəhərlərin təkamülündə qlobal bir irəliləyişdən gedir. AI şəhəri iqtisadiyyatın inkişafı, dövlət xidmətlərinin funksionallığı və hətta gündəlik həyatın quruluşu haqqında fikirləri dəyişdirəcək", — deyə Abu Dabi səlahiyyətliləri vəd edir.
Aion Sentiada nəqliyyatdan tutmuş tibbə qədər bütün sistemlər AI tərəfindən idarə ediləcək. AI şəhər mühitinin arxitekturasına və dövlət xidmətlərinə inteqrasiya olunacaq.
Layihə kibertəhlükəsizlik mütəxəssislərindən AI etikası mütəxəssislərinə qədər 5 mindən çox iş yerini əhatə edir.
13 İyun 2025
13 İyun 2025