16:41 - 23.05.2025
23 may, Fineko/abc.az. Cənubi Qafqazda kommunikasiyaların açılması regionun təhlükəsizliyində mühüm rol oynaya bilər.
ABC.AZ xəbər verir ki, bu, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda qeyd olunub.
Prezident Pezeşkian ölkəsinin regionda davamlı sülh və sabitliyin təmin olunması baxımından ölkələrin ərazi bütövlüyünə hörmət göstərilməklə kommunikasiya xətlərinin açılmasını dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, İran ümumi maraqlar naminə Azərbaycanla münasibətləri genişləndirməyə və onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə qətiyyətlidir. Bu kontekstdə o, nəqliyyat, elektrik enerjisi, təbii qaz, ticarət dövriyyəsinin artırılması və xalqlar arasında əlaqələrin sadələşdirilməsi kimi müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.
23 İyun 2025
23 İyun 2025
23 İyun 2025