Reuters: OnlyFans-in sahibi şirkəti 8 milyard dollara satmaq istəyir

16:56 - 23.05.2025


23 may, Fineko/abc.az. OnlyFans platformasının sahibi Forest Road Company-nin başçılıq etdiyi investisiya qrupu ilə şirkətin satışı barədə danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, mümkün sövdələşmənin məbləği 8 milyard dollar təşkil edir. Reuters-in məlumatına görə, danışıqlar mart ayından davam edir və iki həftə ərzində başa çata bilər.

Şirkət həmçinin alternativ variantları da nəzərdən keçirir, o cümlədən ilkin ictimai təklif (IPO). Platformanın əsas səhmdarı — son üç ildə ən azı 1 milyard dollar dividendlə qazanc əldə etmiş Leonid Radvinskidir.