17:13 - 23.05.2025
23 may, Fineko/abc.az. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi vətəndaşları kiberfırıldaqçılıqdan qorumaq üçün mobil tətbiqin yaradılacağını açıqlayıb. Tətbiq istifadəçiləri onların məlumatları ilə bağlı şübhəli fəaliyyətlər barədə xəbərdar edəcək və yardım çağırmaq üçün "təhlükə düyməsi" funksiyasına malik olacaq.
ABC.AZ xəbər verir ki, tətbiqin hazırlanmasına 2025-ci ilin iyun ayında başlanacaq, pilot versiya ilin sonunadək işə salınacaq, tam tətbiq 2026-cı ildə istifadəyə veriləcək.
Tətbiq bank xidmətləri ilə inteqrasiya olunacaq və süni intellekt elementlərinə sahib olacaq.
23 İyun 2025
23 İyun 2025
23 İyun 2025