“Sea Breeze” layihəsi ilə əlaqəli daha bir şirkət yaradılıb

17:15 - 23.05.2025


23 may, Fineko/abc.az. Azərbaycanda iş adamı Emin Ağalarovun Bilgəhdəki “Sea Breeze” layihəsi ilə əlaqəli daha bir şirkət təsis edilib.

ABC.AZ xəbər verir ki, Dövlət Vergi Xidməti “Sea Breeze Catering” MMC-nin dövlət qeydiyyatına alıb.

Şirkət Bakı şəhəri Sabunçu rayonu, Nardaran ştq, Nardaran-Ləhiş yolu, ev 300 metrliyi, 32X ünvanında qeydiyyatdan keçib.

Nizamnamə kapitalı 100 manatdır. Şirkətin direktoru Ruslan Abdullayevdir.