Ukrayna ABŞ-la faydalı qazıntılar üzrə investisiya fondu yaradıb

17:36 - 23.05.2025


23 may, Fineko/abc.az. Ukrayna və ABŞ faydalı qazıntılar üzrə razılaşma çərçivəsində birgə investisiya fondu yaradıb.

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın birinci vitse-premyeri Yuliya Sviridenko məlumat verib.

ABŞ və Ukrayna Kiyevin yeni lisenziya və annuitet gəlirlərinin 50%-ni daxil edəcəyi Fondu bərabər şəkildə idarə edəcəklər. Fondun gəlirləri ilk 10 ildə Ukrayna iqtisadiyyatına yenidən yatırılacaq.

Sövdələşmə borc və təhlükəsizlik zəmanəti vermir. Radada, sazişin Ukraynanın iqtisadi suverenliyini zəiflədə biləcəyi barədə narahatlıqlar var.