14:09 - 26.05.2025
26 may, Fineko/abc.az. Saatlı rayonunda salınan intensiv “Göycə” alçası bağından xaricə məhsul satılır. Bu günə kimi bağdan 50 tona yaxın məhsul toplanılıb ki, onun da 20 tonu ixrac edilib.
ABC.AZ xəbər verir ki, intensiv alça bağı Saatlının Qaralar kəndi ərazisində yerləşir və 14 hektar sahəni əhatə edir.
Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, 2019-cu ildə salınan bağda ilk dörd il yalnız aqrotexniki qulluq işləri görülüb:
"Bu bağda 11 min ədəd “Naxçıvan göycə”si ağacı əkilib. Əkin aparılan zaman cərgə və ara məsafələri nəzərə alınıb. İlk 4 ildə budama-becərmə işləri görülüb və ağaclara lazımi aqrotexniki qulluq göstərilib. Ağaclardan ötən ildən kütləvi şəkildə məhsul götürülüb. Bağın əsas hissəsini göycə sortundan olan ağaclar təşkil etsə də, tozlanma üçün digər sort ağaclar da əkilib".
İlk məhsul ilində bağdan 40 tona yaxın məhsul toplanılıb. Bu il isə 70-80 ton məhsul yığılması gözlənilir. Məhsul həm daxili bazara, həm də xaricə satılır. (Azərtac)
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025