Qubada Aqrar Biznes Festivalı keçiriləcək

14:32 - 26.05.2025


26 may, Fineko/abc.az. Mayın 30-da Quba rayonunda növbəti Aqrar Biznes Festivalı keçiriləcək.

ABC.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, festival Quba “ASAN xidmət” mərkəzinin ərazisində baş tutacaq.

Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.