Dörd ayda dövlət xəttilə 182 milyon manat ipoteka krediti verilib

11:19 - 27.05.2025


27 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 182,1 milyon manat kredit verilib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankın hesabatına əsasən bu,  ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 4,2 % azalaraq 90,8 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 50 % artaraq 300 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,7 % azalaraq 42,6 milyon manat olub.