Vətəndaşların ən çox şikayət etdiyi MTK və tikinti şirkətləri - Siyahı

11:06 - 29.05.2025


29 may, Fineko/abc.az. Bakıda fəaliyyət göstərən bəzi Mənzil-Tikinti Kooperativləri (MTK) və tikinti şirkətləri ilə bağlı vətəndaşların ciddi narazılıqları mövcuddur.

ABC.AZ xəbər verir ki, bu narazılıqlar əsasən aşağıdakı problemlərlə əlaqəlidir:

Mənzillərin bir neçə şəxsə satılması

Tikinti işlərinin vaxtında tamamlanmaması

Çıxarışların (kupça) verilməməsi

Tikinti normalarına və müqavilə şərtlərinə əməl olunmaması

Sakinlərin razılığı olmadan binaların sökülməsi

Vətəndaşların ən çox şikayət etdiyi bəzi MTK və tikinti şirkətlərini təqdim edirik:

1. Orbita MTK – Bu şirkətin adı tikinti normalarına əməl etməməkdə, eyni mənzili bir neçə şəxsə satmaq və rüşvət hallarında hallanır. 

2. İlin Dörd Fəsli MMC – Sakinlər bu şirkətin müqaviləsiz kommunal ödənişlər tələb etməsi və digər provayderlərin xidmət göstərməsinə mane olması ilə bağlı şikayətlər ediblər. 

3. Şərur MTK – Bu şirkət mənzillərin çıxarışlarını verməməkdə ittiham olunur. 

4. Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC - Şirkət mənzillərin sahəsini olduğundan artıq göstərmək və sakinlərə çıxarış verməmək kimi məsələlərlə daha çox ad qazanıb. 

5. Kursus-Nizami MTK (Qarayev Residence) – Bu şirkət sakinlərin razılığını almadan binaların sökülməsi və məhkəmə qərarları olmadan insanların evlərindən çıxarılmasında ittiham olunur. 

6. Birlik-İnşaat, Murad M.S., Pearl Construction, AAAF Park, Kristal Abşeron, Xudafərin və digər şirkətlər – Bu şirkətlər haqqında da zaman-zaman vətəndaşların müxtəlif şikayətləri olur.

Müəllif: Elmir Murad