17:32 - 29.05.2025
29 may, Fineko/abc.az. Azərbaycanda dövlət satınalmalarında eyni şirkətlərin tez-tez qalib gəlməsi suallar yaradır. Belə halların çox olması artıq adiləşsə də, cəmiyyətdə birmənalı qarşılanmır. Buna baxmayaraq, bu cür proseslər dövlət satınalmalarında davam edir.
ABC.AZ-ın araşdırmasına əsasən, tenderlərdə ən çox qalib gələn şirlətlər aşağıdakılardır:
Ən çox tender qalibi olan şirkətlər
1. ZN Trade MMC
9 sentyabr 2022-ci ildə dövlət qeydiyyatına alınan şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bağlı qurumların keçirdiyi tenderlərdə fəal iştirak edir.
Nazirliyə yaxın şirkət kimi də adlandıra biləcəyimiz bu şirkət 2024-cü ildə 8 tender üzrə ümumilikdə 24,5 milyon manatlıq müqavilə bağlayıb. Şirkətin sahibi və fəaliyyəti ilə bağlı açıq mənbələrdə məlumat yoxdur.
2. VEST-LTD QSC
2010-cu ildə dövlət qeydiyyatına alınan şirkət son bir ildə 22 tender qazanaraq əsasən icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin qurumları ilə işləyib.
Şirkətin indiyədək imzaladığı müqavilələrin ümumi dəyəri 12 milyon 51 min 299 manat 89 qəpikdir.
Bu şirkətin sahibi və fəaliyyəti ilə bağlı açıq mənbələrdə məlumat azdır.
3. İnpeks.N MMC
Qeyd olunan şirkət 2019-cu ildə 179 gün ərzində 234 tenderin qalibi olub.
Ümumi müqavilə dəyəri isə 73 milyon 320 min manat təşkil edib
4. Conco QSC
Şirkət MİDA, İçərişəhər Dövlət Qoruğu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə ümumilikdə 33 milyon manatlıq tikinti tenderləri qazanıb.
Bu şirkətin sahibi və fəaliyyəti ilə bağlı da açıq mənbələrdə məlumat azdır.
5. Excellent Trade QSC
2020-ci ilin sentyabrında QSC-yə çevrilən şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bağlı qurumların keçirdiyi müxtəlif tenderlərdə qalib olub.
Bu şirkətlərin dövlət satınalmalarında tez-tez qalib gəlməsi, bəzi hallarda şəffaflıq və rəqabətlilik prinsiplərinə uyğunluqla bağlı suallar doğurur.
Müəllif: Elmir Murad
9 İyul 2025
9 İyul 2025
7 İyul 2025
7 İyul 2025