14:55 - 5.06.2025
5 iyun, Fineko/abc.az. Ermənistan 2024-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqını ödəməyib.
ABC.AZ xəbər verir ki, bu barədə parlamentdəki çıxışı zamanı xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Yerevan KTMT-nin işində iştirakını dondurub, çünki “təşkilat respublikanın suverenliyinə təhlükə yaradıb”. O, ötən ilin dekabrında bəyan etmişdir ki, Ermənistan və KTMT arasında münasibətlər geri dönüş nöqtəsini keçib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada təhlükəsizlik məsələləri üzrə beynəlxalq forumda bildirmişdir ki, Yerevan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri nəzərə alır.
14 İyul 2025
14 İyul 2025
14 İyul 2025
14 İyul 2025