16:43 - 5.06.2025
5 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyinin keçirdiyi tenderlərdə qalib gələn şirkətlər müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
ABC.AZ-ın araşdırmasına görə, son illərdə tender qalibi olan bəzi şirkətləri müəyyən edib:
DTA-nın əsas tender qalibləri:
Max Print MMC – 2022-ci ildə turizm sahəsində təbliğat materiallarının hazırlanması və xidmətlərin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Müqavilə məbləği 4,048 milyon manatdır.
Agah Group MMC – 2023-cü ildə Suqovuşanda turizm infrastrukturunun yaradılması işlərinin (ikinci mərhələ) satın alınması üzrə keçirilən tenderin qalibi olub. Müqavilə məbləği 3,026 milyon manatdır.
Ricon MMC – 2024-cü ildə Lahıc Dövlət Tarixi-Mədəniyyət Qoruğunun abadlaşdırılması və Daşaltı kəndində turizm infrastrukturunun yaradılması üzrə keçirilən tenderlərin qalibi olub. Ümumi müqavilə məbləği təxminən 4,944 milyon manatdır.
STİ Travel MMC – 2022-ci ildə xarici ekspertlər və turizm nümayəndələri üçün tanışlıq turlarının təşkili üzrə keçirilən tenderin qalibi olub. Müqavilə məbləği 1,209 milyon manatdır.
Baku Holiday MMC – 2023-cü ildə təbliğat işlərinin yerinə yetirilməsi və məsləhət xidmətlərinin göstərilməsi üzrə keçirilən tenderin qalibi olub. Müqavilə məbləği 1,5 milyon manatdır.
Vitam MMC – 2023 və 2024-cü illərdə müxtəlif beynəlxalq turizm sərgilərində sərgi stendlərinin quraşdırılması işləri üzrə keçirilən tenderlərin qalibi olub. Müqavilə məbləğləri müxtəlifdir.
Vest-LTD QSC – 2020-ci ildə Dövlət Turizm Agentliyinin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri üzrə keçirilən tenderin qalibi olub. Müqavilə məbləği 3,3 milyon manatdır.
Adzone-S MMC – 2024-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin “Turoperatorlar forumu” adlı tədbirin keçirilməsi ilə bağlı xidmətlərin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Müqavilə məbləği 123,658 manatdır.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tenderlərində qalib gələn şirkətlər müxtəlif sahələrdə fəaliyyət göstərirlər və tenderlərin məbləğləri layihənin miqyasına görə dəyişir.
Tender qalibləri arasında müəyyən şirkətlərin bir neçə dəfə qalib gəldiyi müşahidə olunur.
Müəllif: Elmir Murad
7 İyul 2025
7 İyul 2025