Azərbaycanda 2700 çoxuşaqlı anaya müavinət verilir

09:54 - 10.06.2025


10 iyun, Fineko/abc.az. Azərbaycanda 2700 qadına çoxuşaqlı ana kimi aylıq müavinət ödənilir.

ABC.AZ xəbər verir ki, onlara hökumət tərəfindən hər uşaq üçün aylıq 105 AZN sosial müavinət verilir.

Bu analara ümumilikdə 11 838 uşağa görə müavinət ödənilir.

Yəni, 5 və daha artıq övladı olan 2 700 qadın, 2024‑cü ilin iyun‑iyul aylarında müavinət alıb. Qeyd edək ki, müavinət yalnız 18 yaşa qədər uşaqlar üçün ödənilir. Müavinət yalnız beşdən çox uşağı olan analara şamil olunur (5 övladdan çox yəni ən az 6 uşaq).

Müəllif: Elmir Murad