Zakir Nuriyev: TDT ölkələrinin bank sektorlarının ümumi aktivlərinin həcmi 15 faizdən çox artıb

15:20 - 10.06.2025


10 iyun, Fineko/abc.az. Ötən il qlobal ticarətin həcmi 33 trilyon dollara yüksəlib, artımın üçdə ikisi xidmət ixracındakı 7 faizlik sıçrayışın payına düşüb. Lakin proqnozlara görə, 2025-ci ildə qlobal ÜDM artımı 2,3 faizədək yavaşlaya və yeni risklər yarada bilər. Bu isə regional çeviklik və qarşılıqlı dəstək kimi üstünlükləri daha da aktuallaşdırır.

ABC.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev II Türk Ticarət Sərgisində çıxışı zamanı deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) üzv və müşahidəçi dövlətləri — Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasında ümumilikdə 178,8 milyon nəfər əhali var və 2,1 trilyon dollar nominal ÜDM formalaşdırır.