16:00 - 10.06.2025
10 iyun, Fineko/abc.az. Qazın verilməsinin dayandırılması proseduruna dair tələblər müəyyənləşir.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2 hal - təmir-profilaktika və qəza işləri görüldükdə, habelə baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda qaz nəqli sistem operatorunun və ya qazpaylayıcı sistem operatorunun təşəbbüsü ilə və dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında halları istisna olmaqla, istehlakçıya qazın verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini və sabit tarifi vaxtında ödəməyən istehlakçıya qaz verilməsinin dayandırılması, qazın dəyərini və sabit tarifi vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.
8 İyul 2025
8 İyul 2025
7 İyul 2025
7 İyul 2025