Bu səbəbdən “PAŞA Bank”-ın xalis mənfəəti azalıb

17:30 - 10.06.2025


10 iyun, Fineko/abc.az. 2025-ci ildə “PAŞA Bank” ASC-nin xalis mənfəətinin azalması faiz xərclərinin artması ilə əlaqədardır.

ABC.AZ xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.

"Digər banklarda olduğu kimi, “PAŞA Bank”ın da faiz xərcləri artmışdır. Biz qərar verdik ki, artan depozit faizlərini kredit faizlərində kəskin əks etdirməyək. Bizim 2024-cü ildə xalis faiz gəlirimiz 1,1 faiz azalaraq 5,5% səviyyəsində olub. Yəni, faizlərdə olan artım müştərilərə verilən kreditlərin faizlərində əks etdirilməyib. Bank bunu öz xalis gəlirijdən imtina etmək hesabına həyata keçirib", - bankin dəri qeyd edib.

Qeyd edək ki, 2024-cü ildə "PAŞA Bank"ın xalis mənfəəti 21% azalaraq 214 milyon 535 min manat təşkil edib. PAŞA Bank 2023-cü ildə 271 milyon 551 min manat təşkil etmişdi. (Marja.Az)