Son beş ildə Azərbaycanın bu ölkə ilə ticarəti 2 dəfə artıb

11:54 - 11.06.2025


11 iyun, Fineko/abc.az. Özbəkistan və Azərbaycan iki ölkə arasında B2B və B2C səviyyələrində müqavilələrin bağlanmasına imkan verəcək elektron ticarət platformasının yaradılması üzərində işləyir.

ABC.AZ xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.

Onun sözlərinə görə, hazırda Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin davamlı inkişafı və sabit artımı müşahidə olunur – son beş ildə bu göstərici 2 dəfə artıb.

“Cari ilin ilk 4 ayında Özbəkistanın statistikasına görə 40 % artım qeydə alınıb. Müsbət dinamika mövcuddur. İqtisadiyyatlarımızın potensialı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmağa imkan verir. Buna görə də biz həcmlərin iqtisadi artım templərinə uyğun olması üçün artırılması istiqamətində işləməliyik”, – X.Teşabayev bildirib.