Azərbaycandan Özbəkistana nəqliyyat vasitələri ixracı artırıla bilər

12:11 - 11.06.2025


11 iyun, Fineko/abc.az. Azərbaycandan Özbəkistana nəqliyyat vasitələri, tekstil məhsulları, mexaniki və texniki avadanlıqların ixracının artırılması üzərində işləməyə hazırıq.

ABC.AZ xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini Xurram Teşabayev bildirib.

O qeyd edib ki, bunun üçün biz çox sıx qarşılıqlı əlaqədə işləyirik. Bütün bunların inkişafına imkan verəcək istiqamətlərdən biri müqavilələrin bağlanması üçün elektron ticarət platformasının yaradılmasıdır”

Nazir müavini həmçinin ümid edir ki, biznes missiyalarının sayının artacaq:

“Birgə layihələrin dəyəri 2,2 milyard ABŞ dollarından çoxdur. Yaşayış komplekslərinin və hotellərin tikintisi uğurla həyata keçirilir. Özbəkistan biznesi Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsində, o cümlədən pambıq klasterinin yaradılmasında, Hacıqabulda avtomobil istehsalının genişləndirilməsində fəal iştirak edir. Ölkələr arasında sənaye əməkdaşlığının inkişaf potensialı son dərəcə yüksəkdir. Hazırda Özbəkistan yeni layihələr paketi formalaşdırır. Tezliklə onu müzakirə üçün investisiya şirkətinə təqdim edəcəyik. Bundan sonra onların həyata keçirilməsi üçün tərəfdaşlar cəlb etməyə çalışacağıq”.