Lukaşenko ölkədə kartof çatışmazlığını izah edib 

12:31 - 11.06.2025


11 iyun, Fineko/abc.az. Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində kartofla bağlı vəziyyəti qiymətləndirib.

ABC.AZ xəbər verir ki, onun fikrinə görə, bu məhsulun qıtlığı süni şəkildə yaradılıb.

Rusiya kənd təsərrüfatı nazirliyinin məlumatına görə, yerli əkin kampaniyası genişlənməkdədir. 
Belə ki, xüsusilə, kartof artıq 49,1 min hektar sahəsində əkilib.