Bakıda 18 milyon manata tibb müəssisəsi tikiləcək

16:24 - 11.06.2025


11 iyun, Fineko/abc.az. Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti tender elan edib.

ABC.AZ xəbər verir ki, tenderdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində layihələndirilən İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisinin davamı (II mərhələ) nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 18 522 080 manatdır.