Azərbaycan nefti bahalaşıb

10:14 - 12.06.2025


12 iyun, Fineko/abc.az. Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

ABC.AZ xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,32 ABŞ dolları, yaxud 0,44 % artaraq 72,17 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.