“TotalEnergies” və “Mistral” startapı süni intellekt sahəsində innovasiyaları birgə hazırlayacaqlar

14:21 - 12.06.2025


12 iyun, Fineko/abc.az. Fransanın neft şirkəti “TotalEnergies” və süni intellekt sahəsində fəaliyyət göstərən startap “Mistral” süni intellekt tətbiqlərinin inkişafı məqsədilə əməkdaşlığa başladıqlarını elan ediblər.

ABC.AZ xəbər verir ki, şirkətlərin məlumatına əsasən, iki fransız şirkəti ortaq innovasiya laboratoriyası yaradacaq və hər iki tərəfin mütəxəssislərini bir araya gətirəcək.

Əməkdaşlıq süni intellekt texnologiyalarının tətbiq sahəsini genişləndirməyə, “TotalEnergies”in sənaye təcrübəsi ilə “Mistral”ın süni intellekt sahəsindəki imkanlarını birləşdirməyə yönəlib.