Bu hadisədən sonra “Boeing”in səhmləri 8.18% ucuzlaşıb  

16:54 - 12.06.2025


12 iyun Fineko/abc.az.   Amerikanın “Boeing” korporasiyasının səhmləri 17.5 dollar və ya 8.18% ucuzlaşıb.

ABC.AZ xəbər verir ki, eniş Hindistanda “Air India” şirkətinə məxsus “Boeing 787” təyyarəsinin qəzaya uğramasından sonra başlayıb. Xatırladaq ki, dünən “Boeing” səhmləri günü 0.8% ucuzlaşaraq 214 dollarla başa vurub.

Təyyarə qəzası bu gün günorta saatlarında baş verib. Londona yola düşən “Boeing 787-8” təyyarəsinin göyərtəsində 242 nəfər olub. İlkin məlumatlara görə, sərnişinlərdən sağ çıxan olmayıb. Təyyarənin qəzaya uğramasının səbəbi hələ müəyyən edilməyib.

Bu, “Boeing 787-8″in iştirakı ilə baş verən ilk ölümcül qəzadır. ABŞ Federal Aviasiya İdarəsi 2024-cü ildə keçmiş şirkət mühəndisinin gövdə hissələrinin bərkidilməsi ilə bağlı problemlər barədə məlumat verdikdən sonra təyyarələri yoxlamağa başlayıb.