10:58 - 13.06.2025
13 iyun, Fineko/abc.az. Yaxın Şərqdəki hərbi qarşıdurmanın eskalasiyası neftin qiymətini artırır, İsrailin İrana hücumu başladıqdan sonra qiymətlər 9%-dən çox artaraq Brent barel başına 78,5 dollara çatıb. Saat 10.20-də (Bakı vaxtı ilə) Brent markalı neft barel başına 7,5% artaraq 74,57-a çatıb. Light markalı neftin qiyməti 7,3% artıb. Bazarlar tədarük zəncirində mümkün fasilələr riskini qiymətə daxil edir.
Qızıl fyuçersləri də bu anda 1,2% artır və unsiya başına 3444,2 dollara satılır.
Dünya fond indeksləri mənfi reaksiya verib. Asiya bazarları, ABŞ və Avropanın aparıcı fond indekslərinin fyuçersləri də bu anda azalır.
13 iyun cümə günü səhər tezdən İsrail İrana havadan hücum etdi, Tehran da öz növbəsində "ağır cəza" söz verib.
7 İyul 2025
7 İyul 2025