12:21 - 13.06.2025
13 iyun, Fineko/abc.az. Cari ilin yanvar-may aylarında "Asan xidmət", "ASAN kommunal" mərkəzlərinə və "KOB evi"nə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyət istiqamətləri üzrə 14 xidmət istiqaməti üzrə 78 813 müraciət daxil olub.
Bu barədə ABC.AZ-a ADSEA-dan məlumat verilib.
Bildirilib ki, statistikaya əsasən, bunlardan 75 615 müraciətə baxılıb və xidmət göstərilib. 3 198 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.
9 İyul 2025
8 İyul 2025
8 İyul 2025
7 İyul 2025
7 İyul 2025