12:23 - 13.06.2025
13 iyun, Fineko/abc.az. 2025-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23341,3 milyon manatlıq, o cümlədən 13073,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10267,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.
ABC.AZ DSK-ya istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,4 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 13,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,6 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
7 İyul 2025
7 İyul 2025