Azad olunmuş ərazilərdə yeni milli parklar yaradılır

14:07 - 13.06.2025


13 iyun, Fineko/abc.az. İşğaldan azad olunmuş Xankəndi və Şuşa şəhərlərində, eləcə də, Ağdərə və Xocalı rayonlarının ərazisində yeni milli park yaradılır.

ABC.AZ xəbər verir ki, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun bugünkü iclasında çıxış edən Ekologiya məsələləri üzrə işçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, milli park 100 min hektar ərazini əhatə edəcək və artıq parkın xəritəsi də hazırlanıb. Xəritə Əmlak məsələləri üzrə Dövlət komitəsinə göndərilib. Bu ilin sonuna qədər yeni parkın yaradılması nəzərdə tutulub.