Beş ayda 1 milyard 465,8 milyon manatlıq benzin və dizel yanacağı satılıb

14:25 - 13.06.2025


13 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 465,8 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,2 % çoxdur.

Ötən 5 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,3 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 23 milyard 341,3 milyon manatlıq, o cümlədən 13 milyard 73,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 milyard 267,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 %, qeyri-ərzaq malları üzrə 6,5 % artıb.