IEA neft tədarükündə fasilələr olduqda tədbir görməyə hazırdır

15:46 - 13.06.2025


13 iyun, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyi (IEA) İsrailin İrana zərbələrindən sonra neft bazarlarının təmin edilməsi ilə bağlı problemlər yarandıqda tədbir görməyə hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Fatih Birol bildirib.

"IEA İsrail və İran arasındakı vəziyyətin neft bazarlarına necə təsir edəcəyini fəal şəkildə izləyir. Hazırda bazarlar yaxşı təmin olunub, lakin lazım gələrsə, biz hərəkət etməyə hazırıq. IEA-nın Neft təhlükəsizliyi sistemi 1,2 milyard bareldən çox ehtiyata malikdir və dünya iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını sübut edib", - deyə o, X-də yazıb.