Mərkəzi Bank onları cərimələdi - Səbəb

16:30 - 13.06.2025


13 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı tərəfindən “Bakı Fond Birjası” QSC-də aparılmış hərtərəfli yoxlamalar çərçivəsində aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müəyyən edilmiş tədbirlərin vaxtında icra edilməməsinə görə “Bakı Fond Birjası” QSC İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən 6000 manat məbləğində, BFB-nin vəzifəli şəxsi isə Mərkəzi Bank tərəfindən 1500 manat məbləğində cərimələnib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankından məlumat daxil olub.

Bundan əlavə, BFB-də qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması və delistinqi Qaydalarının pozulmasına görə BFB-nin listinq komitəsinin sədrinə İnzibati Xətalar Məcəlləsinin 416.0.7-ci maddəsinə əsasən 700 manat məbləğində cərimə tətbiq edilmişdir.