16:53 - 13.06.2025
13 iyun, Fineko/abc.az. Bildiyiniz kimi, ABC.AZ olaraq mütəmadi rentabelli işləməyən qurumlar barədə yazılar, araşdırmalar hazırlayırıq.
Bu dəfə "Azəriqaz" barədə kiçik araşdırma aparmışıq. Araşdırma zamanı məlum oldu ki, qurum tam rentabelli deyil və dotasiya ilə fəaliyyət göstərir.
Belə ki, iddi olunur ki, əhali üçün tariflər tam xərcləri qarşılamır. Əslində mütəmadi qaz qiymətlərinin bahalaşması qurumun qazancının heç də az olmadığını göstərir.
Amma, buna baxmayaraq, "Azəriqaz" rəsmiləri daim qiymətlərin, yəni tariflərin aşağı olmasından narazılıq edirlər. Əhali, yəni istehlakçılar isə əksini düşünür.
Belə ki, əhali hesab edir ki, qiymətlər yüksəkdir və aşağı salınmalıdır. Qeyd edək ki, 2023-cü ilin yanvar–avqust ayları arasında (əhali) təbii qazdan 1,620 milyon abonent 12 qəpik/kubmetr tariflə istifadə edib,
794 143 abonent (31,6 %) isə 20 qəpik tariflə istifadə edib.Təxminən 98 min abonent isə 25 qəpik tarifdə qaz istehlak edib. Bəs görəsən tariflərin elə də aşağı olmamasına baxmayaraq "Azəriqaz" niyə rentabelli işləmir?.
Əksinə, qurum dövlətdən də dotasiya alır. Bu onu göstərir ki, ya "Azəriqaz" idarəçiləri öz işlərini lazımi səviyyədə görə bilmir, ya da bu sahədə naşıdılar. Çünki, tarifləri yüksək olan qurum dövlətdən dotasiya ilə işləməmlidi, rentabelli olmalıdı.
Müəllif: Elmir Murad
11 İyul 2025
11 İyul 2025
11 İyul 2025
9 İyul 2025