Neft bahalaşır, Brent bir barelə $73,76 təşkil edir

09:20 - 17.06.2025


17 iyun, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti yüksəlir.

ICE Futures birjasında Brent markalı neftin avqust fyuçersi saat 09:13-ə olan məlumata görə $0,53 (0,72%) artaraq bir barelə $73,76-a yüksəlib. İyunun 16-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin avqust fyuçersləri $1,00 (1,35%) azalaraq bir barelə $73,23-a enib.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin iyul fyuçersləri saat 09:13-ə olan məlumata görə $0,48 (0,67%) artaraq bir barelə $72,25-a yüksəlib. İyunun 16-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçersləri $1,21 (1,66%) azalaraq bir barelə $71,77-a düşüb.

Ötən həftə Brent markalı neft 11,67%, WTI nefti isə 13,01% bahalaşıb.