Bu şirkətlər Yaxın Şərqə uçuşları dayandırıb

10:16 - 17.06.2025


17 iyun, Fineko/abc.az. “Air Arabia” (BƏƏ) və “Lufthansa” (Almaniya) aviaşirkətləri İsrail və İran arasında hərbi münaqişə fonunda Yaxın Şərq və Avrasiyanın bir sıra ölkələrinə uçuşların müvəqqəti dayandırıldığını elan ediblər.

ABC.AZ xəbər verir ki, bu barədə “Lufthansa” şirkəti məlumat yayıb. Məlumatda qeyd edilib ki, aviaşirkət Təl-Əviv (İsrail) və Tehrana (İran) uçuşları iyulun 31-nə qədər dayandırır.

Bundan əlavə, Amman (İordaniya), Ərbil (İraq) və Beyruta (Livan) uçuşlar iyunun 20-nə qədər ləğv edilib.

“Air Arabia” isə öz növbəsində 5 ölkəyə uçuşların müvəqqəti dayandırıldığını bildirib: İrana və İraqa - iyunun 30-na qədər, İordaniyaya və Rusiyaya - iyunun 20-nə qədər, Livana – iyunun 17-nə qədər.