10:32 - 17.06.2025
17 iyun, Fineko/abc.az. “Citigroup” Amerika maliyyə konqlomeratının strateqləri yaxın rüblərdə qızılın qiymətinin unsiya başına 3000 dollardan aşağı düşəcəyini proqnozlaşdırırlar.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.
Citigroup analitikləri hesab edirlər ki, rekord qızıl rallisi tükənəcək, qiymətli metala investisiya tələbi isə azalacaq.
“Hesablamalarımıza görə, qızıl 2026-cı ilin ikinci yarısına qədər bir unsiyaya $2500-$2700 civarına geri dönəcək”, — deyə mütəxəssislər yazdılar.
Həmçinin onlar təxmin edirlər ki, ABŞ Federal ehtiyat sistemi (FED) dərəcələri azaltmağa davam edəcək və bu da qızıla təzyiq göstərəcək.
18 İyul 2025
18 İyul 2025
18 İyul 2025
18 İyul 2025