Yaxın Şərqdəki müharibə bir sıra ölkələrin iqtisadiyyatına ciddi ziyan vura bilər

10:54 - 17.06.2025


17 iyun, Fineko/abc.az. İsrail–İran müharibəsinin baş verməsi Yaxın Şərq və ətraf region ölkələri üçün ciddi iqtisadi zərbələrə səbəb ola bilər.

ABC.AZ iki ölkə arasındakı müharibə barədə dünya mediasında yazılanlara nəzər salıb. Nüfuzlu nəşrlər müharibənin ətraf ölkələrə və regionlara iqtisadi təsirləri qısa və aydın şəkildə izah olunub.

Belə ki, bu müharibədə ən çox təsirə məruz qalacaq ölkələr Livan, Suriya, İraq, İordaniyadır. Ekspertlər bunu sözügedən ölkələrin coğrafi yaxınlıq və zəif iqtisadi strukturları ilə əlaqələndirir.

Binunla yanaşı Türkiyə iqtisadiyyatı da, bu müharibədən zərər gərəcək ölkələrdəndir. Belə ki, müharibə qardaş ölkəyə sərmayələri azaldacaq və turizmi zəiflədəcək.

Azərbaycan və Gürcüstan iqtisadiyyatları da bu müharibədən təsirini alacaq. Yəni, enerji layihələri və regiondakı sabitlik üzərindən müharibə ölkələrə təsirsiz ötüşməyəcək.

Bəhs etdiyimiz müharibənin BƏƏ, Səudiyyə Ərəbistanı, Qətərin iqtisadiyyatına da ziyan vurma ehtimalı çoxdur. Ekspertlər bunu coğrafi yaxınlıq və bir sıra başqa amillərlə əlaqələndirir.

Müəllif: Elmir Murad