Tramp, Makronun G7 zirvəsindən ayrılmasının səbəbləri barədə açıqlamasını təkzib etdi

11:27 - 17.06.2025


17 iyun, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makronun onun Kanadada keçirilən G7 sammitini İsrail və İran arasında atəşkəslə bağlı danışıqlara görə tərk etdiyi barədə bəyanatını təkzib edib.

ABC.AZ xəbər verir ki, Amerika lideri Fransa prezidentini tənqid edərək onu “ictimaiyyətə can atan” adlandırıb və “hər şeyi daim qarışdırdığını” bildirib.

Trampın sözlərinə görə, gedişinin səbəbi Yaxın Şərq barışığından “daha ciddi” səbəbdir, lakin təfərrüatları açıqlamadan xəbərləri izləməyə çağırıb.