Türkdilli dövlətlərin kredit büroları arasında memorondum imzalanacaq

11:30 - 17.06.2025


17 iyun, Fineko/abc.az. Bakıda türkdilli dövlətlərin kredit büroları arasında qarşılıqlı əməkdaşlığı gücləndirən Anlaşma Memorandumları imzalanacaq.

ABC.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyindən bildirilib.

Məlumata görə, sənədə iyunun 24-25-da keçiriləcək "Fintex Sammit" çərçivəsində imzalanacaq.

Bundan başqa, Sammit çərçivəsində ABA və Qazaxıstan Maliyyəçilər Assosiasiyası əməkdaşlığa dair sənəd imzalayacaq.